"Beşiktaş" doğma meydanda sevindi, "Göztəpə" məğlub oldu
Türkiyə Super Liqasında 10-cu tur yekunlaşıb. SportLine.az xəbər verir ki, son oyun günündə daha iki qarşılaşma keçirilib.
Çempionluq uğrunda mübarizə aparan "Beşiktaş" "Rizəspor"u qəbul edib. Matç İstanbul təmsilçisinin qələbəsi ilə yekunlaşıb - 4:1.
Digər görüşdə isə "Göztəpə" səfərdə "Akhisar"a uduzub - 0:1.
Standings provided by Sofascore LiveScore