"Beşiktaş"dan Braziliya klubuna
"Beşiktaş"dan ayrılan Adrianonun yeni klubu müəyyənləşib.
Sportline.az xəbər verir ki, 34 yaşlı müdafiəçi karyerasını "Atletiko Paranaense"də (Braziliya) davam etdirəcək. Bu barədə klubun saytı məlumat yayıb. Onunla 1.5 illik müqavilə imzalanıb.
Qeyd edək ki, 2016-cı ildə "Barselona"dan "Beşiktaş"a transfer olunan Adriano ötən mövsüm 29 matçda 2 qol ötürməsi verib. O, bu yay müqaviləsinin müddəti başa çatdığı İstanbul təmsilçisindən ayrılıb.