"Beşiktaş"ın futbolçuları milli komandamızda

17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi təlim-məşq toplanışı keçəcək.

Sportline.az xəbər verir ki, noyabrın 6-dan Bakıda bir araya gələcək komanda 9-dək hazırlaşacaq.

Baş məşqçi Vüqar Məmməd noyabrın 10-dan 20-dək Yunanıstanın Patra şəhərində Avropa çempionatının seçmə mərhələsinin oyunlarında iştirak edəcək U-17-yə 5 legioner də dəvət edib.

Heyət: Eldar Tağızadə ("Fundasion Marçet", İspaniya), Amin Ramazanov ("Lokomotiv", Moskva, Rusiya), Ayxan Süleymanlı ("Mançester Yunayted" akademiyası, İngiltərə), Berkay Vardar, Yusuf Oral (hər ikisi "Beşiktaş", Türkiyə), Rəşad Həsənov, Kamal Kazımov (hər ikisi "Keşlə"), Cəlal Hüseynov, Nurəli Nurəliyev (hər ikisi "Zirə"), Mirəli Əhmədov, Nihad Cəfərov, Rəvan Nağıyev (hamısı "Neftçi"), İbrahim Ramazanov, Rauf Rüstəmli, Gülağa Əsədov, Mehrac Bəxşəliyev (hamısı "Qəbələ"), Ümid Səmədov ("Kəpəz"), Musa Musazadə, Zöhrab Əsədov, Mirmöhsüm Canıyev (hamısı "Qarabağ"), Nicat Quliyev ("Səbail").