"Beşiktaş"ın prezidenti müəyyənləşdi

“Beşiktaş" klubunun yeni prezidenti məlum olub.

Sportline.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Əhməd Nur Çebi İstanbul nəhənginin yeni prezidenti seçilib.
 
O, səsvermədə digər namizədlər  - Serdal Adalı və Hürser Tekinoktayı üstələyib. Çebi 5009, Adalı 2983, Tekinoktay isə cəmi 537 səs toplaya bilib.
 
Beləliklə, Əhməd Nur Çebi “Beşiktaş” tarixinin 34-cü prezidenti olub. O, qarşıdakı 2.5 il ərzində klubun uğurları üçün çalışacaq.

Qeyd edək ki, klubun bundan əvvəlki prezidenti Fikrət Orman idi.