"Beşiktaş"ın ulduz futbolçusu Bakıda

"Beşiktaş"ın və Portuqaliya milli komandasının futbolçusu Rikardu Kuarejma Bakıya gəlib. 

Bu haqda Sportline.az saytına Gənclər və İdman Nazirliyinin mətbuat katibi Səmayə Məmmədova məlumat verib. O, 36 yaşlı yarımmüdafiəçinin nazir Azad Rəhimovla görüşəcəyini bildirib. 

Qeyd edək ki, Rikardu Kuarejma 2009-2010 mövsümündə İtaliya "İnter"inin heyətində Çempionlar Liqasının qalibi, 2016-cı ildə isə Portuqaliya millisinin üzvü kimi Avropa çempionu olub.