"Bəxt bizdən üz döndərmişdi" - Yupp Heynkes

"Real"a qarşı oyunun çətin keçəcəyi məlum idi. Amma bu qədər bəxtsiz olacağımızı düşünmürdüm". SportLine.az UEFA-nın saytına istinadən xəbər verir ki, bu sözləri "Bavariya"nın baş məşqçisi Yupp Heynkes deyib.

Çempionlar Liqasının yarımfinal mərhələsi çərçivəsində "Allianz Arena"da keçirilən görüşdən sonra jurnalistlərin suallarını cavablandıran mütəxəssis, "İlk hissədə Robben və Boatenqi itirdik. Fasilədən əvvəl qapımızda heç nədən qol gördük. İkinci hissədə kifayət qədər imkan əldə etdik. Amma fərlənə bilmədik. Deyə bilərəm ki, bəxt bizdən üz döndərmişdi", - deyə bildirib.