Beyl gedir, Azar və Eriksen gəlir

Madrid "Real"ı cari mövsümün sonunda heyətində ciddi dəyişikliklərə hazırlaşır. SportLine.az xəbər verir ki, "kral klubu" Qaret Beyllə yolları ayırmaq barədə düşünür. Onun əvəzinə komandaya İngiltərə Premyer Liqasında iki futbolçu qoşulacaq.

"Marca"nın məlumatına görə, La Liqa təmsilçisi "Çelsi"dən Eden Azar, "Tottenhem"dən isə Kristian Erikseni transfer etmək niyyətindədir. 

Uzun müddətdir E.Azarla danışıqlar aparan "madridlilər"in Belçika millisinin üzvü ilə bütün məsələlərdə razılıq əldə etdiyi vurğulanıb. K.Eriksenlə isə yaxın vaxtlarda danışıqlar başlayacaq. 

Qeyd edək ki, Q.Beyl 2013-cü ildən "Real"ın uğurları üçün çalışır.