Beyl İngiltərəyə qayıdır

Qaret Beylin cari mövsümün sonunda "Real"ı tərk edəcəyi ilə bağlı söhbətlər səngimək bilmir. SportLine.az xəbər verir ki, bu dəfə "Diario Gol" uelsli forvardın karyerasını İngiltərədə davam etdirəcəyini bildirib.

Məlumata görə, 28 yaşlı hücumçunun meneceri bir neçə Premyer Liqa klubu ilə danışıqlar aparır. Onun "Mançester Yunayted"ə keçəcəyi daha real görünsə də, "Tottenhem"in də futbolçunun xidmətində maraqlı olduğu deyilir.

Qeyd edək ki, Q.Beyl 2013-cü ildə "Tottenhem"dən "Real"a keçib. Ötən mövsüm bir neçə dəfə zədələnən futbolçu əvvəlki formasını bərpa etməkdə çətinlik çəkir.