Bezotosnının yeni klubu müəyyənləşdi

Mövsümün sonunda "Qəbələ"dən ayrılan Dmitri Bezotosnının yeni klubu müəyyənləşib.

Sportline.az xəbər verir ki, ukraynalı qolkiper karyerasını "Çernomorets" klubunda davam etdirəcək.

Bu barədə Ukrayna birinci divizion təmçilçisinin saytı məlumat yayıb. Müqavilənin detalları açıqlanmayıb.

Qeyd edək ki, 4 il yarım müddətdə "Qəbələ"nin formasını geyinən Bezotosnı, 2011-2015-ci illərdə "Çernomorets"də oynayıb.