"Bilirdik ki, bizim üçün ağır olacaq" - Rəşad Sadıqov

“Gərgin mübarizə keçdi. Oyundan əvvəl bilirdik ki, bizim üçün ağır olacaq. Üstünlük rəqibdə idi, amma onlara çox da qol epizodları vermirdik”.

SportLine.az xəbər verir ki, bunu “Report”un London bürosuna “Qarabağ”ın kapitanı Rəşad Sadıqov Avropa Liqasının VI turunda İngiltərədə “Arsenal”a 0:1 hesablı məğlubiyyəti şərh edərkən söyləyib. O, bildirib ki, rəqibin ustalıq səviyyəsi özünü göstərib: “Qapanırdıq, kompakt oyanamağa çalışırdıq. Yenə də rəqibin üstünlüyü özünü göstərirdi. Biz də çalışdıq, rəqibin səhvini gözləyib, bundan istifadə etməyə çalışaq. İki yaxşı qol imkanımız oldu. Biri Donlad Gerryenin, digəri Araz Abdullayevin epizodu. Gücümüz çatan qədər “Qarabağ”ın adına layiq mübarizə aparmağa çalışdıq. Oyunun sonunda baş verən insidentə gəlincə, azarkeş meydançaya bayraqla qaçdı, biz də qarşısını almağa çalışdıq”.

Qeyd edək ki, “Qarabağ” Avropa Liqasında pley-pff mərhələsinə yüksələ bilməyərək mübarizəni dayandırıb.