Billiatın komandası "Barselona"ya uduzdu

"Barselona" klubu yoldaşlıq oyununda qüvvəsini sınayıb. SportLine.az xəbər verir ki, Kataloniya təmsilçisinin rəqibi Cənubi Afrika Respublikasının "Mamelodi Sandauns" klubu olub.

Qarşılaşma "Barselona"nın qələbəsi ilə yekunlaşıb - 3:1. Osmane Dembele, Luis Suarez və Andre Qomeşin qoluna Afrika təmsilçisi Sibusiso Vilakazinin qolu ilə cavab verib. 

Qeyd edək ki, adı bir müddət öncə "Qarabağ"la hallanan Xama Billiat da görüşün iştirakçısı olub. O, 77-ci dəqiqədə əvəzlənib.