Birinci divizionun ilk turu

Azərbaycan birinci divizionda I turun oyunlarının başlama saatı müəyyənləşib.

Sportline.az PFL-in saytına istinadən xəbər verir ki, turun bütün matçları saat 16:30-da başlayacaq.

22 avqust (cümə axşamı)

16:30. “Qaradağ Lökbatan” – “Sumqayıt-2”
Lökbatan Olimpiya İdman Kompleksinin stadionu

16:30. “Neftçi-2” – “Keşlə-2”
“ASK Arena”

16:30. “Kəpəz” – MOİK
Gəncə şəhər stadionu

23 avqust (cümə)

16:30. “Zaqatala” – “Sabah-2”
Zaqatala şəhər stadionu

16:30. “Zirə-2” – “Ağsu”
“AZAL Arena”

16:30. “Səbail-2” – “Turan Tovuz”
“ASCO Arena”

Qeyd edək ki, ilk turda “Qarabağ-2” komandası istirahət edəcək.