"Biz favorit deyilik" - Poçettino
"Liverpul" və "Mançester Siti" çempionluğa əsas namizədlərdir. Biz isə, ilk növbədə, bu komandalara çatmağa çalışırıq". SportLine.az xəbər verir ki, bu sözləri "Tottenhem"in baş məşqçisi Maurisio Poçettino deyib.
İngiltərə Premyer Liqasının son turunda "Everton"la görüşün ardından jurnalistlərin suallarını cavablandıran mütəxəssis, "Uzun illərdən sonra ilk dəfədir, çempionluğa bu qədər yaxın görünürük. Çoxları bizi favoritlərdən hesab edir. Amma biz favorit deyilik. "Liverpul" və "Mançester Siti"nin şansları indiki vəziyyətdə daha çoxdur. Amma qarşıda hələ uzun marafon var. İtkisiz davam edə bilsək, zirvəyə yüksəlmək imkanımız olacaq", - deyib.
Mütəxəssisin "Mançester Yunayted"ə keçəcəyi ilə bağlı yayılan xəbərlərə də münasibət bildirən M.Poçettino, "Bu barədə danışmaq yersizdir. Mən "Tottenhem"də çalışıram və əsas işim bu komanda ilə uğurlar qazanmaqdır. Mətbuat bu mövzuda xəbərləri tirajlasa da, bu məsələ ilə bağlı heç bir görüşüm, və ya söhbətim olmayıb. Əsas fikrimi işimə yönəltmişəm", - deyə qeyd edib.
Xatırladaq ki, "Everton" - "Tottenhem" matçı London klubunun qələbəsi ilə yekunlaşıb - 6:2.
İNGİLTƏRƏ PREMYER LİQASINDA VƏZİYYƏT: