"Şəfa"ya 7 qol vuran "Olimpiya"
UEFA Çempionlar Liqasında 1-ci tənisfat mərhələsinin püşkü atılıb. SportLine.az xəbər verir ki, Azərbaycan çempionu "Qarabağ"ın da rəqibi müəyyələşib. "Köhlən atlar" yarışın 1-ci təsnifat mərhələsində "Olimpiya" səddini aşmalıdırlar.
Bu, Lyublyana şəhərini təmsil edən Sloveniya klubu ilə ilk duelimiz olmayacaq. "Olimpiya" 17 il öncə də Azərbaycan komandası ilə qarşılaşıb.
UEFA Kubokunun təsnifat mərhələsində Sloveniya təmsilçisi "Şəfa" klubu ilə üz-üzə gəlib. İlk görüşdə 4:0 hesablı qələbəyə sevinən "Olimpiya", Bakıdakı cavab matçında da meydanı başıuca tərk edib - 3:0.
Qeyd edək ki, "Qarabağ" "Olimpiya"ya qarşı ilk görüşünü səfərdə keçirəcək.