"Boka Xuniors" - "River Pleyt" duelində 4 qol
Libertadores Kubokunun finalının ilk oyunu keçirilib. SportLine.az xəbər verir ki, bu mərhələdə əzəli rəqiblər - "Boka Xuniors" və "River Pleyt" üz-üzə gəlir.
"Boka Xuniors"un meydanında təşkil olunan ilk görüşdə azarkeşlər 4 qola şahidlik ediblər. Komandalar hərəyə iki dəfə fərqlənib - 2:2.
Qeyd edək ki, bu komandalar arasında cavab matçı noyabrın 25-i keçiriləcək.