Bolqarıstanlı qapıçı Azərbaycana gələ bilər

Bolqarıstan millisinin qapıçısı Georgi Georgiyev karyerasını Azərbaycanda davam etdirə bilər.

Sportline.az xəbər verir ki, ölkəsinin “Slaviya” klubunda forma geyinən 31 yaşlı qolkiper Azərbaycan, Qazaxıstan və Ermənistan klublarından təklif alıb. Sofiya təmsilçisinin Gerogi üçün gələcək təklifləri qış fasiləsində dəyərləndirəcəyi bilirilir.

Karyerası ərzində “Svilenqrad”, “Şerif”, “Botev”, “Vereya” kimi klubların formasını geyinən Georgi 2019-cu ilin yanvarından “Slaviya”da çıxış edir. Qapıçı 2019-cu ilin noyabrında Bolqarıstan millisində debüt edib.