Bombardirlik yarışında ikihakimiyyətlilik

Topaz Premyer Liqasının bombardirlik yarışında gərgin mübarizə gedir.

Sportline.az xəbər verir ki, 22-ci turun "Sumqayıt" - "Qarabağ" görüşündə (0:6) dubl edən Mahir Mədətov qollarının sayını 9-a yüksəldib. Mədətov bu göstərici ilə "Neftçi"nin forvardı Baqali Daboya çatıb.

Qeyd edək ki, bombardirlərin mübarizəsində ilk iki yeri Dabo ilə Mahir bölüşdürür. "Qəbələ"dən Ceyms Adeniyi 8 qolla 3-cü sırada yer tutur. Marko Deviç ("Sabah") və Emin Mahmudovun ("Neftçi") hesabında isə 7 qol var.