Bordinin daha 2 köməkçisi müəyyənləşdi

"Neftçi"nin yeni baş məşqçisi Roberto Bordinin daha iki köməkçisi müəyyənləşib.

SportLine.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, bunlardan biri ötən mövsüm "Səbail”in U-17 komandasının baş məşqçisi kimi gümüş medal qazanan Füzuli Məmmədovdur. Digər köməkçi-məşqçi isə qapıçılar üzrə məşqçi vəzifəsini yerinə yetirəcək Etibar Tarıverdiyevdir. Hər iki mütəxəssislə 1 illik müqavilə imzalanıb.

Füzuli Məmmədov UEFA-nın A, Etibar Tarıverdiyev isə B kateqoriyalı məşqçisidir.

Qeyd edək ki, fiziki hazırlıq üzrə məşqçi italiyalı Andrea Vezzu olacaq.