Bordinin vəzifəsinə namizədlər

"Neftçi" baş məşqçisi Roberto Bordinlə yolları ayıra bilər.

Sportline.az xəbər verir ki, bu barədə agent Erkin İbrahimov sosial şəbəkə hesabında məlumat verib: "Bordinı axır ki yola salırlar. Namizədlər arasında vaxtı ilə avrokuboklarda "Qarabağ"ı keçən mütəxəssislər da var: Tomas Doll (APOEL) və Aleksey Baqa (BATE). Hər iki məşqçi hazırda işsizdir".

Roberto Bordin ötən mövsümdən "Neftçi"ni çalışdırır.

Aleksey Baqa 2011-2018-ci illərdə BATE-də işləyib. Tomas Doll isə bu mövsüm APOEL-də qısa müddət çalışıb.