"Haddersfild" Premyer Liqa ilə vidalaşdı
İngiltərə Premyer Liqasını cari mövsümün sonunda tərk edəcək ilk komanda müəyyənləşib.
Sportline.az xəbər verir ki, “Haddersfild” 32-ci turda səfərdə “Kristal Pelas”a 0:2 hesabı ilə məğlub olub. Bununla da, aktvində 14 xal olan komandanın növbəti mövsümdən etibarən Çempionşipdə mübarizə aparacağı dəqiqləşib.
"Kristal Pelas" 2:0 "Haddersfild"
QOLLAR: Luka Milivoyeviç, 76-pen. (1:0), Patrik van Anholt, 88 (2:0).