"Borussiya" Azarla razılaşdı

Mönhenqladbax "Borussiya"sı müqavilə müddətini uzatmaq istəməyən Torqan Azarla bağlı ayrılıq qərarını verib.

Sportline.az xəbər verir ki, 26 yaşlı hücumameyilli yarımmüdafiəçi Dortmund "Borussiya"sı ilə razılığa gəlib. Bu transfer Dortmund komandasına 40 milyon avroya başa gələcək.

Qeyd edək ki, Torqan Azar cari mövsümdə 28 oyuna 12 qol, 11 məhsuldar ötürmə ilə yadda qalıb.