"Borussiya" baş məşqçisi ilə vidalaşır

 Mönhenqladbax "Borussiya"sı mövsüm sonunda baş məşqçi Diter Hekkinqlə vidalaşacaq.

Sportline.az xəbər verir ki, klubun rəsmi "Twitter" səhifəsindəki məlumata görə 55 yaşlı mütəxəssis cari mövsümün sonunda komandadan ayrılacaq.

3 ildir ki, "Borussiya"nın sükanı arxasında olan Hekkinqin komandası cari mövsümdə 27 turdan sonra 47 xalla 5-ci pillədədir.