"Borussiya" gənc ulduz üçün 70 milyon funt-sterlinq tələb edir

"Çelsi" klubu Dortmund "Borussiya"sının futbolçusu Kristian Pulişiçi heyətində görmək niyyətindədir. SportLine.az xəbər verir ki, London klubu ABŞ millisinin üzvü üçün artıq rəsmi təklif ünvanlayıb. 

"Evening Standard"ın məlumatına görə, Bundesliqa klubu "zadəganlar"ın təklifini qəbul etməyib. Xəbərdə Dortmund klubunun 20 yaşlı futbolçu üçün 70 milyon funt-sterlinq tələb etdiyi bildirilib.

Qeyd edək ki, K.Pulişiç 2016-cı ildən "Borussiya"nın şərəfini qoruyur.