"Borussiya"da yeni müqavilə

"Borussiya"nın baş məşqçisi Lüsyen Favr Dortmund təmsilçisindən ayrılmayacaq.

Sportline.az xəbər verir ki, ötən mövsüm bundesliqanı ikinci pillədə tamamlayan komanda isveçrəli mütəxəssislə müqavilə yeniləyib. 61 yaşlı məşqçinin gələn mövsümün sonunadək olan sözləşməsinin müddəti 2021-ci ilin yayına qədər uzadılıb.

Qeyd edək ki, Favr ötən ilin yayından "Borussiya"nı çalışdırır.