"Borussiya"dan ilk transfer

Dortmund "Borussiya"sı yeni mövsüm üçün hazırlıqlara başlayıb.

Sportline.az xəbər verir ki, "Borussiya" "Hoffenhaym"ın sol cinah müdafiəçisi Niko Şultsu transfer edib. Onunla 5 illik müqavilə imzalanıb.

Bu keçid Dortmund təmsilçisinə 27 milyon avroya başa gəlib.