"Borussiya"nın futbolçusu millimizə qarşı oynamayacaq
AVRO-2020-nin seçmə mərhələsində Xorvatiya və Azərbaycan milli komandaları ilə oyun ərəfəsində, Slovakiya seçməsinin heyətində dəyişiklik edilib.
Sportline.az xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Pavel Hapal təşkil etdiyi mətbuat konfransında bildirib.
50 yaşlı mütəxəssisin sözlərinə görə, zədəli yarımmüdafiəçi Laslo Beneşi (“Borussiya”, Mönxenqladbax, Almaniya) Nikolas Şpalek (“Breşiya”, İtaliya) əvəzləyib.
Qeyd edək ki, noyabrın 16-da Xorvatiyanın qonağı olacaq Slovakiya, bundan 3 gün sonra Azərbaycanla görüşəcək.