“Böyük işlər görmək üçün daha çox çalışmalıyıq” - Vüqar Məmməd

“Bu gün turnirin ən güclü və ən məhsuldar komandalarından biri ilə qarşılaşdıq.  Slovakiya yığmasını finala vəsiqə qazanması münasibəti ilə təbrik edirəm". SportLine.az xəbər verir ki, bu sözləri 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığma komandasının baş məşqçisi Vüqar Məmməd Slovakiya komandası ilə oyundan sonra deyib.

Qarşılaşma haqqında fikirlərini bildirən mütəxəssis, "Qələbəyə bərabər heç-heçə etdik. Turnir çox sıx qrafik üzrə keçirilir. Ancaq belə bir vəziyyətdə dayanmadan çalışan futbolçularıma və hər bir mütəxəssisə təşəkkür edirəm. Bununla belə, böyük işlər görmək üçün daha çox çalışmalıyıq. Artıq Amerika Birləşmiş Ştatları yığması ilə oyuna hazırlaşmalıyıq”, - deyə qeyd edib.