"Braqa"nın baş məşqçisi müəyyənləşdi

Portuqaliyanın "Braqa” klubunun yeni baş məşqçisi müəyyənləşib.

Sportline.az klubun saytına istinadən xəbər verir ki, komandanı Ruben Amorim çalışdıracaq. 34 yaşlı məşçqi ilə mövsümün sonunadək müqavilə imzalanıb.

Portuqaliya yığması və “Benfika”nın keçmiş yarımmüdafiəçisi bu vəzifədə Rikardu Sa Pintunu əvəzləyib.