Braziliya Amerika çempionudur
Futbol üzrə Amerika Kubokunun qalibi məlumdur.
Sportline.az xəbər verir ki, Braziliyada keçirilən yarışın finalında ev sahiblərinin rəqibi Peru millisi olub.
Görüş 3-1 hesabı ilə braziliyalıların xeyrinə nəticələnib.
Beləliklə, Braziliya seçməsi tarixində 9-cu dəfə Amerika Kubokuna sahib çıxıb. "Sambaçılar" daha öncə 1919, 1922, 1949, 1989, 1997, 1999, 2004 və 2007-ci illərdə də qitə çempionu olmuşdular. Amerika Kubokunu ən çox qazanan komandalar isə Uruqvay (15 dəfə) və Argentinadır (14).