Braziliya millisi ciddi itki ilə üzləşib

Braziliya millisinin hücumçusu Neymar, Qətər komandası ilə yoldaşlıq görüşündə ciddi zədə alıb.

Sportline.az xəbər verir ki, ayaq biləyindən zədələnən 27 yaşlı hücumçu, matçın 21-ci dəqiqəsində meydanı tərk edtməli olub. Tibbi müayinə Neymarın ayaq biləyinin bağlarının qırıldığını aşkarlayıb. Bu isə, onun 15 iyun - 7 iyul tarixlərində keçiriləcək Amerika Kuboku turnirində iştirak etməyəcəyi anlamına gəlir.

Qeyd edək ki, Qətər - Braziliya yoldaşlıq matçı 2:0 hesabı ilə sambaçıların xeyrinə başa çatıb.