Braziliya və İtaliya əfsanələri üz-üzə
Brazilya və İtaliya futbolunun əfsanələri üz-üzə gələcəklər.
Sportline.az xəbər verir ki, söhbət 1994-cü ildə keçirilən dünya çempionatının finalçıları Braziliya və İtaliya millilərinin heyətində oynayan futbolçulardan gedir. Futbolsevərlər bu əfsnəvi matçın iştirakçılarını yenidən yaşıl meydanlarda görmək imkanı qazanacaq.
Qarşılaşma yanvarın 9-da Braziliyanın Fortaleza şəhərində yerləşən "Estadio Presidente Varqas" stadionunda keçiriləcək. Görüş yerli vaxtla saat 21.30-da keçiriləcək.
Braziliya və İtaliya seçmələri 1994-cü ilin dünya çempionatının finalında üz-üzə gəliblər. Həmin vaxt 90 dəqiqəsi və əlavə olunmuş vaxtı 0:0 hesabı ilə yekunlaşan görüş penaltilər seriyasına qədər uzanıb. Burada isə Braziliya 3:2 hesabı ilə qalib gələrək 4-cü dünya çempionluğunu rəsmiləşdirib.
Qarşılaşmanın biletləri artıq satışa çıxarılıb.