Braziliyalı forvard "Kəpəz"lə vidalaşdı

 

"Kəpəz"in braziliyalı hücumçusu Dario Federiko klubla yollarını ayırıb.

Sportline.az xəbər verir ki, Gəncə təmsilçisi qış fasiləsində heyətə qatdığı futbolçuya yeni müqavilə təklif etməyib.

Qeyd edək ki, braziliyalı yarımmüdafiəçinin klubdan ayrılmasının əsas səbəbi "Kəpəz"in I Diviziona yuvarlanmasıdır. 

Onun Premyer Liqa klublarından biri ilə anlaşacağı bildirilir.