Britaniyada MotoGP həyəcanı davam edir

MotoGP üzrə mövsümün sayca 12-ci yarışı – Britaniya Qran-prisinin sərbəst yürüşləri keçirilir.

Sportline.az xəbər verir ki, ilk gün Fransa və İspaniya pilotları üçün uğurlu olub.

MotoGP üzrə Britaniya Qran-prisnin ilk günündə birinci sərbəst yürüşlərdə “Yamaha” komandasının üzvü Fabio Kvartararo lider olub. Fransalı pilot 1 dəqiqə 59,952 saniyə nəticə göstərib. İkinci pillədə “Honda” kollektivinin ispaniyalı sürücüsü Mark Markes qərarlaşıb. İlk üçlüyü isə İspaniyanın digər iştirakçısı Maverik Vinyales tamamlayıb.

İkinci səbəst yürüşlərdə isə Mark Markes 1 dəqiqə 59,476 saniyə nəticə ilə birinci olub. Həmyerlisi Vinyales ondan 0,289 saniyə geri qalıb. Kel Kratçlou isə 3-cü yeri tutub.

Britaniya Qran-prisinin əsas yarışı avqustun 25-də Bakı vaxtı ilə saat 16-da başlanacaq.