"Bu cür oyun gözləmirdim" - Ramil Şeydayev

“Açığı bu cür oyun gözləmirdim. Görünür, məğlubiyyətə layiq idik". SportLine.az xəbər verir ki, bu sözləri Azərbaycan millisinin hücumçusu Ramil Şeydayev Qazaxıstanla keçirilən yoldaşlıq görüşündən (0:3) sonra deyib.

Futbolçu təəssüratlarını AFFA-nın saytı ilə bölüşüb: "Pis oynadıq. Mübarizələri uduzduq. Ancaq həvəsdən düşmək lazım deyil. Düşünürəm ki, qarşıda hər şey yaxşı olacaq. Əsas odur ki, daha çox çalışmalıyıq. Özümüzə və komandaya inanmalıyıq”.