"Bu cür oyunlar bizim üçün faydalıdır" - Samir Abbasov

"Əsas odur ki, uduzmadıq. Düzgün başa düşün, bu cür komandalara məğlub olmamaq qarşıdakı matçlara yaxşı motivasiya verir".

SportLine.az "Report"a istinadən xəbər verir ki, bunu "Zirə"nin baş məşqçisi Samir Abasov Azərbaycan Premyer Liqasının XX turunda "Qarabağ"la qolsuz bərabərə qaldıqları oyundan sonra mətbuat konfransında deyib.

Mütəxəssis bildirib ki, futbolçuların təkbətək oyunlarda rəqibə qarşı mübarizə aparmaları vacib idi. O, ilk hissədə rəqibi üstələdiklərini vurğulayıb:

"İkinci hissədə rəqibin təzyiqindən sonra müdafiədən oynamalı olduq. Əks-hücumlarda şanslarımızdan istifadə edə bilmədik. Üzülmürük. Yaxşı nəticədir. Bu cür oyunlar bizim üçün faydalıdır. Görüləcək işlər çoxdur. İnanıram ki, ən yaxşılardan yox, ən yaxşısı olacağıq".