"Bu dəfə fərqli oyunun şahidi olduq" - Mixael Boris

"Adətən, Azərbaycan komandaları müdafiəyə meyilli oynayırlar. Amma bu dəfə fərqli oyunun şahidi olduq".

SportLine.az AFFA-nın saytına istinadən xəbər verir ki, bunu Macarıstanın 21 yaşadək futbolçulardan ibarət yığmasının baş məşqçisi Mixael Boris Azərbaycan milli komandası ilə Bakıda 3:3 hesablı heç-heçə etdikləri yodaşlıq görüşündən sonra deyib.

43 yaşlı mütəxəssis bildirib ki, Azərbaycan millisi güclü oyun nümayiş etdirib: "Heyətimizdə gənc oyunçular çox idi. Ona görə də 60-cı dəqiqədə bütün əvəzetmələrdən istifadə etdik. Məncə, 3:3 hesablı heç-heçə hər iki komanda üçün yaxşı nəticədir”.