Bu gün AFFA İcraiyyə Komitəsini iclası olacaq

Bu gün AFFA-nın İcraiyyə Komitəsinin növbəti iclası keçiriləcək.

Sportline.az xəbər verir ki, "Dalğa Arena”nın ərazisində yerləşən Milli Komandaların Məşq Bazasında təşkil olunacaqt tədbir saat 18:00-da başlanacaq.

İclasın gündəliyində əsas məsələ Birinci Divizion və Premyer Liqa ilə bağlı Lisenziyalaşdırma Komissiyasının hesabatıdır. Komitə üzvləri növbəti mövsümlə bağlı qərarlar verəcək. İclasda həmçinin digər məsələlər də müzakirə olunacaq.