Bu gün hansı oyunlara baxaq?

Bu gün futbolsevərlər Avropanın yaşıl meydanlarında bir-birindən maraqlı oyunlar izləyə biləcəklər. SportLine.az xəbər verir ki, azarkeşlər diqqəti əsasən, İtaliya A Seriyasına yönələcək. Burada əzəli rəqiblər - "Roma" və "Yuventus" münasibətləri aydınlaşdıracaq. Avroliqaya vəsiqə uğrunda mübarizə aparan "Atalanta" və "Milan"ın da dueli gərgin mübarizə vəd edir:

17:00 | “Bursaspor” – “Trabzonspor” | Super Liqa
18:00 | “Nyukasl” – “Çelsi” | Premyer Liqa
18:00 | “Tottenhem” – “Lester” | Premyer Liqa
20:00 | “Atalanta” – “Milan” | A Seriya
22:45 | “Roma” – “Yuventus” | A Seriya
20:00 | “Osmanlıspor” – “Beşiktaş” | Super Liqa