"Bu komanda Dünya çempionu ola bilər" - Frenk Lempard

"Çelsi"nin sabiq futbolçusu və "Derbi Kaunti" klubunun baş məşqçisi Frenk Lempard İngiltərə millisinin Dünya çempionatındakı çıxışını dəyərləndirib. SportLine.az BBC-yə istinadən xəbər verir ki, futbol mütəxəssisi seçmə komandanın çıxışından razıdır:

"İlk oyundan sonra çoxları Mundialın çətin keçəcəyini söyləsə də, mən Tunis millisinə qarşı görüşdən də razı qaldım. Panama ilə oyunda isə bizim qollarımıza heç nə mane ola bilmədi. Komandada əhval-ruhiyyə istənilən səviyyədədir. Oyunçuların bir-birini yaxşı başa düşürlər. Hər şey əla təşkil olunub. İngiltərə seçməsinin 1/4 finaladək irəliləyəcəyinə əminəm. Hətta, bu komanda Dünya çempionu da ola bilər".

Qeyd edək ki, "G" qrupunda mübarizə aparan İngiltərə millisi iki görüşdən sonra 1/8 finala vəsiqəni təmin edib.