"Bu komanda ilə çempion olmaq mümkündür" - Buffon
"Möhtəşəm oyun və qələbə üçün komanda yoldaşlarıma təşəkkür edirəm". SportLine.az xəbər verir ki, bu sözləri PSJ-nin qapıçısı Canluici Buffon Çempionlar Liqasının 1/8 final mərhələsi çərçivəsində "Mançester Yunayted"ə qarşı keçirilən görüşdən sonra UEFA-nın saytına deyib.
Komanda şəklində möhtəşəm oynadıqlarını bildirən italiyalı futbolçu, "Hamı əlindən gələni etdi. Bütün oyunçular meydanda möhtəşəm idilər. Hələ gediləsi çox yolumuz var. Bu komanda ilə çempion olmaq mümkündür. Bu mərhələni keçsək, növbəti oyunlarımız daha asan keçəcək. Belə möhtəşəm qələbədən sonra hər şey daha da gözəl olur", - deyə bildirib.
Xatırladaq ki, "Mançester Yunayted" - PSJ matçı qonaqların 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.