Buffon PSJ-dən getdi

Fransanın PSJ klubu qapıçısı Canluici Buffonla yollarını ayırıb.

Sportline.az xəbər verir ki, bu barədə Paris təmsilçisinin rəsmi saytı məlumat yayıb.

Qeyd edək ki, İtaliya yığmasının heyətində dünya çempionu olan Buffon 2018-ci ilin iyulunda "Yuventus"dan PSJ-yə keçib. Qolkiper cari mövsüm 25 oyunda iştirak edib və qapısında eyni sayda qol görüb. O, klubla Fransa çempionatın qalibi olub. Buffon 2001-ci ildən 2018-ci ilə qədər "Yuventus"un formasını geyinib.