Bundesliqada daha bir istefa
Almaniyanın “Maynts” klubu baş məşqçi Sandro Şvartsı istefaya göndərib.
Sportline.az xəbər verir ki, bu barədə Bundesliqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.
41 yaşlı mütəxəssisin müqaviləsinə qarşılıqlı razılaşma əsasında xitam verilib.
Qeyd edək ki, Şvarts 2017-ci ilin iyulundan “Maynts”ı çalışdırırdı. Komanda Bundesliqada 11 turdan sonra 9 xalla 16-cıdır.