Bundesliqada yeni baş məşqçi

Almaniya Bundesliqasında uğursuz mövsüm keçirən "Şalke” yeni baş məşqçiyə həvalə olunub.

Sportline.az xəbər verir ki, Domeniko Tedesko ilə yolları ayıran klub rəhbərliyi, David Vaqnerə güvənib. 47 yaşlı mütəxəssilə 2022-ci ilin iyununa kimi müqavilə imzalanıb. Son iş yeri "Haddersfild" olan Vaqner iyunun 1-dən yeni postda fəaliyyətə başlayacaq.

Qeyd edək ki, sona iki tur qalmış 31 xalla 15-ci yerdə qərarlaşan “Şalke” çətinliklə də olsa Bundesliqadakı yerini qoruyub.