"Bundestim" Dünya çempionatına bu futbolçularla gedir

DÇ-2018-də iştirak edəcək Almaniya millisinin yekun heyəti açıqlanıb. SportLine.az xəbər verir ki, baş məşqçi Yoahim Löv Rusiyada bu futbolçulara güvənəcək:

Qapıçılar: Manuel Noyer («Bavariya»), Mark-Andre ter Stegen («Barselona»), Kevin Trapp («PSJ»);

Müdafiəçilər: Djerom Boatenq, Mats Hummels, Niklas Zyule, Yozua Kimmix (hamısı - «Bavariya»), Mattias Qinter («Borussiya» Münhenqladbax), Yonas Hektor («Köln»), Marvin Plattenhardt («Herta»), Antonio Ryudiger («Çelsi»);

Yarımmüdafiəçilər: Yulian Brandt («Bayer»), Yulian Draksler («PSJ»), İlkay Gündoğan («Mançester Siti»), Sami Hedira («Yuventus»), Toni Kroos («Real»), Leon Qorettska, Sebastyaən Rudi (hər ikisi - «Bavariya»), Məsut Özil («Arsenal»);

Hücumçular: Mario Qomes («Ştutqart»), Marko Roys («Borussiya» Dortmund), Tomas Müller («Bavariya»), Timo Verner («RB Leyptsiq»).

Qeyd edək ki, Almaniya millisi "F" qrupunda İsveç, Meksika və Cənubi Koreya seçmələri ilə mübarizə aparacaq.