Bütün dövrlərin rəmzi komandası

İspaniyanın AS nəşri bütün dövrlərin rəmzi futbol komandasını müəyyənləşdirib.

Sportline.az  xəbər verir ki, əfsanələrin yer aldığı "11-lik"də bu futbolçuların adı var:

Qapıçı: Lev Yaşin (SSRİ)
Müdafiəçilər: Kafu (Braziliya), Bobbi Mur (İngiltərə), Frans Bekkenbauer (AFR), Paolo Maldini (İtaliya)
Yarımmüdafiəçilər: Yohan Kroyff (Niderland), Zinəddin Zidan (Fransa), Dieqo Maradona (Argentina), Alfredo Di Stefano (Argentina, Kolumbiya, İspaniya)
Hücumçular: Lionel Messi (Argentina), Pele (Braziliya).