Cahangir Həsənzadə və Elxan Həsənova A kateqoriyası verildi

Bu gün qapıçı məşqçiləri üçün UEFA-nın A kateqoriyalı məşqçi kurslarını müvəffəqiyyətlə başa vurmuş mütəxəssislərə görüş keçirilib. SportLine.az xəbər verir ki, tədbir AFFA-nın Futbol akademiyasında baş tutub.

Tədbirdə məşqçilərə müvafiq diplom və sertifikatlar təqdim olunub. Diplom və sertifikatları AFFA-nın texniki direktoru Bernhard Lippert təqdim edib.

Diplom alanlar sırasında tanınmış qapıçılarımızdan Elxan Həsənov, Cahangir Həsənzadə, Etibar Tarıverdiyev, Vitali Kovalyov və Rauf Mehdiyev də yer alıb.