Canni İnfantinodan mini futbol turniri

Bir neçə gün əvvəl Canni İnfantino Beynəlxalq Futbol Federasiyaları Assosiasiyasının prezidenti seçilib.

Sportline.az xəbər verir ki, 49 yaşlı funksioner bu münasibətlə mini futbol turniri təşkil edib.

Görüşlər Parisdə Eyfel qülləsinin yaxınlığında keçirilib. Komandaların heyətlərində FIFA, Sudamerikana Futbol Konfederasiyası, Mərkəzi və Şimali Amerika Konfederasiyası və Karib Hövzəsi Federasiyasının rəsmiləri ilə yanaşı, tanınmış veteran futbolçular da mübarizə aparıblar. Onların arasında Xuan Sebastyan Veron, Kaka, Xavyer Zanetti və digərləri olub.

Yarımfinal və final oyunlarından ibarət turnirin fəxri mükafatını Veronla Zanettinin də iştirak etdiyi Sudamerikana Futbol Konfederasiyası komandası qazanıb. Qalib komandanın üzvlərinə kubok və medalları FIFA prezidenti Canni İnfantino təqdim edib.