"Cavab matçı daha çətin olacaq" - Kompani

"Cavab oyununda ikinci hissədəki kimi çıxış etsək, nəyəsə nail ola bilərik". SportLine.az xəbər verir ki, bu sözləri "Mançester Siti"nin kapitanı Vinsent Kompani deyib.

Görüşün gözlədiklərindən çətin alındığını deyən belçikalı müdafiəçi, cavab matçının daha çətin olacağını sözlərinə əlavə edib:

"İlk hissədə heç nə edə bilmədik. İkinci hissədə vəziyyəti düzəltməyə çalışsaq da, "Liverpul" yaxşı müdafiə olundu. Bu gün rəqib əla idi. Buna görə, onları təbrik edirəm. Ancaq bizim daha bir imkanımız var. Gələn həftə öz meydanımızda bu vəziyyəti düzəltməliyik. Ancaq cavab matçı daha çətin olacaq".

Xatırladaq ki, "Liverpul" - "Mançester Siti" görüşü meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 3:0.