"Cavab oyunu "Barselona" ilə görüş kimi olmayacaq" - Di Françesko

"Oyuna biz daha yaxşı başlamışdıq. Ancaq bir neçə epizodda diqqətsizlik etdik və nəticədə, məğlub oldu". SportLine.az UEFA-nın saytına istinadən xəbər verir ki, bu sözləri "Roma" klubunun baş məşqçisi Eusebio Di Françesko "Liverpul"la görüşdən sonra deyib.

Mütəxəssis cavab oyununun daha çətin olacağını düşünür: "Təbii ki, vəziyyəti dəyişmək istəyirik. Ancaq cavab matçı "Barselona" ilə görüş kimi olmayacaq. Futbolçularıma inanıram. Birlikdə finala vəsiqə qazanmaq üçün mübarizə aparacağıq".