Cavid Hüseynova qırmızı vərəqə verildi
Topaz Premyer Liqasının XXVIII turunun "Qəbələ" - "Qarabağ" matçında qırmızı vərəqə göstərilib.
Sportline.az xəbər verir ki, hakimin ilk hissənin bitirən işarəsindən sonra Dani Kintana ilə Cavid Hüseynov arasında yaşanan mübahisə, "Qəbələ"nin kapitanının meydandan kənarlaşdırılması ilə nəticələnib.
"Qarabağ"ın kapitanı Rəşad Sadıqov, Cavid Hüseynovun, komanda yoldaşına qarşı kobud hərəkətinə sərt etirazını bildirib.